Apr
2020
05:48
109
73
2358
Virtual karabakh

Okean dibində aşkar edilən bakteriyalar Marsda həyat axtarışına kömək edəcək

7 Apr, 2020
05:48
2358

Okean dibində aşkar edilən bakteriyalar Marsda həyat axtarışına kömək edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təsadüfi olaraq okean dibində aşkar edilən təkhüceyrəli bakteriyalar Marsda həyat axtarışında alimlərə kömək edəcək.

“Metro” xəbər verir ki, Tokio Universitetinin alimləri əmindirlər ki, əgər onlar Yer planetində  vulkanik süxurların çatlarında bakteriya aşkar edibsə, Marsda da bu cür bakteriyalara rast gəlmək olar.

Onlar hal-hazırda “NASA” ilə əməkdaşlığa başlayıblar.

“Bu mikroblar okeanın dərinliklərində yaşayır. Onlar aerob orqanizmlərdir, yəni oksigen vasitəsi ilə orqanik maddələri oksidləşdirərək qida əldə edirlər. Bakteriyaların aşkar edildiyi süxurlar on, bəlkə də yüz milyonlarla il öncə formalaşıb. Böyük ehtimal var ki, analoji süxurlara biz Marsda da rast gələ bilərik. Beləliklə, biz artıq Marsda həyatı hardan axtarmağa başlayacağımızı bilirik”, - deyə alimlər vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri